Ağacın insanlara Faydaları

+ Yorum Gönder
Yudumla ve Soru(lar) ve Cevap(lar) Bölümünden Ağacın insanlara Faydaları ile ilgili Kısaca Bilgi
  1. 1
    Ziyaretçi

    Ağacın insanlara Faydaları





  2. 2
    Asel
    Özel Üye





    Cevap:
    Ağacın İnsanlara Faydaları

    Ağacın İnsanlara Faydaları Hakkında Bilgi




    Ağaçlar , ormanda yaşayan birçok canlının barınağıdır


    Gölgesinden faydalanırız, büyük bir çınarın altında oturup kitap okumak çok eğlencelidir


    Ormanda oyun oynamakta çok eğlencelidirözelliklede salıncakta sallanmak


    Ağaçlar birçok hayvan için besin kaynağıdır
    Minik tırtıl yaprakalrı yiyerek beslenir


    Sincap ise ağaçtaki kozalakları kemirir


    Lezzetli meyvelerimiz de ağaçlarda yetişir


    çevremizde kullandığımız birçokşey ağaçlardan yapılır


    ağaçlarda bulunan selüloz malzemesi sayesinde kağıt elde ederiz









  3. 3
    Ziyaretçi
    teşekkürler ödevimi yapmamda bana yardımcı oldunuz







  4. 4
    Ziyaretçi
    sağol insanları da iyileştirir dimi havayı da temiz tutar teşekkür ederim ödevime yardımcı oldunuz ben ingilizim türkiye istanbul çok güzel türçe de çok kolay =thenks=:)

  5. 5
    Ziyaretçi
    Bu konu benim ödevim için çok işime yaradı teşekür ederim

  6. 6
    Ziyaretçi
    Ben azeriyim.Bana inşa verilmi.Biliyorum çok.Ama siz de yaza bilirsiniz:
    "Anadolu türklərinin gözəl bir sözü var: “Meşəsi bol kəndin qəbiristanlığı kiçik olar!”.
    Qəbiristanlığı genişləndirmək biz insanların əlində elə də çətin iş deyil: ağacı kəs, meşəni doğra, yaşıllığın anasını ağlat, bəs edər. Bir də onda başını qaldırıb görərsən ki, nəfəs almaq çətinləşib, xəstəlik, azar-bezar düz-dünyanı başına alıb, ömür qısalıb...
    Müxtəlif ağacların baş-başa verdiyi yaşıl meşə, zümrüd qaşı kimi dövrə vuran bağ-bağat əvəzsiz sağlamlıq mənbəyidir. Əbəs yerə meşəni çox vaxt obrazlı olaraq torpağın “yaşıl ciyəri”, təbiətin yaşıl donu və s. adlandırmırlar. Doğrudan da meşə çox böyük sərvətdir. Meşədəki ağacların budaqları təkcə quşların yuva qurmağı, koğuşu arıların bal yığmağı, gövdəsi mebel, kötüyü toxmaq düzəltmək, ən nəhayət odun-ocaq üçün deyil.
    Ağac var ki, budağından yüyrüyümüz asılıb, beşiyimiz yellənib, kölgəsində nəfəsimizi dərmişik.
    Ağac var ki, tumurcuğu, çiçəyi, yarpağı, gövdəsi, meyvəsi, qabığı ilə dərdimizə məlhəmdir. Ağac var ki, meyvəsi ilə ağzımıza dad, süfrəmizə yaraşıq gətirib. Ağac var ki, görkəmi ilə göz oxşayır, bağları, parkları, həyətləri bəzəyir. Ağac var ki, onu doğmalarımız, əzizlərimiz uyuyan torpaqda əkmişik.
    Ağaclar həmişə insanın qoruyucusu, keşikcisi olublar. Sıx ağacların əkildiyi meşə zolağı güclü küləklərin, qasırğaların qarşısını alan etibarlı sədd, örtük rolu oynayır.
    Meşə zolağının, ağacların faydası haqqında çoxlu misallar göstərmək olar. Bircə fakt göstərmək kifayət edər: bir hektar ardıc meşəsi Paris boyda bir şəhərin havasını mikroblardan təmizləyir!
    Ağaca, yaşıllığa, təbiətə olan münasibət insanın özünə olan münasibətdir. Dünyanın bir sıra ölkələrində bu sahədə örnək misallar var. Məsələn, Almaniyada meşələrə mal-qara buraxılmır, maşınla meşəyə girmək qadağandır. Hətta bu ölkədə yol çəkilişi zamanı bir ağac kəsildiyinə görə mühəndisi məhkəməyə veriblər.
    O ayaqdan gör bizim ölkədə nə qədər adam ədalət məhkəməsi önündə cavab verməlidir...
    Ağac əkmək, bağ salmaq savab və xeyirxah sayılıb. Məhəmməd peyğəmbər (s.ə.s) deyirdi: “Qiyamət qopsa da, bir ağac əkməyə vaxt varsa dərhal ək.” Böyük Nizami Gəncəvi isə yazırdı:
    Keçənlər çox şeyi
    əkmişdir bizə,
    Biz də əkməliyik
    gənc nəslimizə.
    Ağac əkmək dünyada yaxşı iz qoymaqdır. Atalar əbəs yerə deməyiblər: “Əkiblər yemişik, əkirik yesinlər.” Ulularımızın bu sahədə bir gözəl sözü də var. Deyərlər ki, meyvəsini yedin, əkənə rəhmət oxu. Amma son illər insanlar elə bil təbiətin yaraşığı, gözəlliyi olan ağaclara qənim kəsiliblər. İllər keçdikcə bağlar qırılır, ağaclar seyrəlir, “quşu ayağından tutmaq mümkün olan” sıx meşələrin yerində yaşayış binaları, marketlər tikilir. Yazıçı Anar həmin mənzərəni poetik bir dillə qələmə alıb:
    İnsan unudan tək yaxşılıqları,
    Şəhər də unur yaşıllıqları.
    Dəmirdən, betondan
    qat-qat qutular,
    Küçəni, meydanı,
    parkı tutdular.
    Köhnə binaları
    söküb “uddular”
    Bu şəhər daha mənim
    şəhərim deyil..."
    Ben azerice yazdım.Anlarsız."Translate Google"den de çevri yaparsınız.

+ Yorum Gönder
ağaçların insanlara faydaları,  ağacın insanlara faydaları,  ağaçların insanlara yararları nelerdir,  agacalarin insanlara xeyri,  agaclarin insanlara xeyri nedir
5 üzerinden 5.00 | Toplam : 3 kişi